
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusa planlaşdırılan səfəri təxirə salınıb.
Sportliqa.az xəbər verir ki, AFFA-nın bununla bağlı yaydığı açıqlamada Belarusda təşkili nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşlərinin başqa vaxta keçirildiyi bildirilib.
Bunun səbəbləri açıqlanmayıb. Qeyd olunub ki, qərar hər iki tərəfin qarşılıqlı razılığı əsasında verilib.
Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması