Futzal üzrə Azərbaycan millisi Bosniya və Herseqovina ilə ikinci oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, dünənki matçla (0:7) müqayisədə baş məşqçi Vitali Borisov bu dəfə qapıda Kamran Hacıyevə şans verib.
Amma bu da yığmamızı məğlubiyyətdən xilas etməyib. Altı qolluq matçın yekununda yenə meydan sahibləri qələbəyə seviniblər.
Yoxlama oyunu
5 noyabr
Bosniya və Herseqovina – Azərbaycan 5:1
Qollar: Faruk Brkaniç, 6:14, 34:04, Bilal Jeliç, 10:35, 12:04, Josip Başkoviç, 28:43 – Oktay Rüstəmli, 24:26.
Zeniça. Huseyn Smayloviç adına Arena.