
Azərbaycan millisinin sabiq üzvü Budaq Nəsirov karyerasını AFFA Region Liqasında davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Naftalan" klubuna keçib.
Budaq Nəsirov son olaraq "Karvan"ın formasını geyinib. O, daha əvvəl ölkəmizdə "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Turan Tovuz" və Portuqaliyada "Sportinq"in əvəzedici komandasında çıxış edib. Nəsirov 2016-cı ildə Andorra ilə qolsuz bitən yoldaşlıq matçında Azərbaycan yığmasının formasını geyinib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması