
FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Sportliqa.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək 6-cı turun Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Andrew Madley olacaq.
Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması