UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - Estoniya matçından (0:0) sonra qonaqların baş məşqçisi Yurgen Hennin iştirakı ilə mətbuat konfransı keçirilib.
Sportliqa.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
- Hər iki oyunu nəzərə alsaq, Estoniya Azərbaycanı nədə üstələdi?
- Yaxşı sualdır. Əgər nəticə baxımından götürsək, biz güclü olduq. Bugünkü matçın ikinci hissəsi bizim üçün çox çətin keçdi. Ümumilikdə isə elə bir fərq yox idi.
- Gənc məşqçi olaraq qarşıdakı hədəfləriniz nədir?
- İlk növbədə milli komandanın irəliləyişini təmin etmək əsas ambisiyamdır. Hazırda milli komandaya köklənmişəm.
- Bu gün qazandığınız 1 xalı 3 xala bərabər sayırsız?
- Turnir cədvəlinə nəzər salsaq, bəli. Futbolda ən önəmli şey nəticədir.
- Oyun bölgədə keçirildi. Qəbələ şəhəri və stadionla bağlı fikirləriniz necədir?
- Çox bəxtəvərsiniz ki, belə bir stadionunuz var. Demək olar ki, Estoniyada belə infrastruktur yoxdur. Qonaqpərvərliyə görə də ayrıca təşəkkür edirəm.