Azərbaycan Premyer Liqasında 14-cü turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Səbail” öz meydanında son çempion “Qarabağ”ı qəbul edəcək. Bu matçda Cavid Hüseynov “Səbail”in baş məşqçisi kimi debüt matçına çıxacaq.
Hazırda turnir cədvəlində 9-cu olan paytaxt klubu qələbə qazanacağı halda, “Neftçi”ni geridə qoyacaq.
“Qarabağ” üçün də qələbə vacibdir. Çünki dünən “Araz-Naxçıvan”ın “Kəpəz”i məğlub etməsindən sonra Qurban Qurbanovun komandası turnir cədvəlində ikinci pilləyə düşüb.
Qeyd edək ki, günün digər matçında “Neftçi” “Zirə”ni qəbul edəcək.