"Çətin oyun oldu. Rəqib ilk hissədə yaxşı mübarizə apardı. Ümumiyyətlə, "Səbail" çox yaxşı komandadır. Lakin ikinci yarıda gedişatı dəyişə bildik və 3 qol vuraraq qələbə qazandıq".
Sportliqa.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Səbail"ə 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra "Qarabağ"ın mərkəz yarımmüdafiəçisi Patrik Andrade deyib.
31 yaşlı kabo-verdeli bir neçə gün sonra Avropa Liqasında Fransa "Lion"u ilə keçiriləcək oyun haqda da fikirlərini bölüşüb:
"Lion"la matçadək 5 gün vaxtımız var. Ciddi hazırlaşacağıq. Baş məşqçi, futbolçular - bir sözlə, komanda olaraq bu oyuna fokuslanmışıq. Ümid edirik ki, yaxşı nəticə əldə edəcəyik".
Qeyd edək ki, noyabrın 28-də baş tutacaq "Qarabağ" – "Lion" matçı saat 21:45-də start götürəcək.