“Sabah” klubu baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub Renduliçə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Renduliç 2024-cü ilin martında "Sabah"a baş məşqçi təyin edilmişdi.
"Sabah" bu mövsüm onun rəhbərliyi altında Misli Premyer Liqasında keçirdiyi 14 oyundan yalnız 4-də qələbə qazanıb, 7 heç-heçə edib, 3 görüşdə isə uduzub. Komanda hazırda turnir cədvəlində 19 xalla 5-ci yeri tutur.