Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, 2-ci oyun günündə 2 qarşılaşma keçirilib.
Əvvəlcə "Kəpəz" "Zirə" ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.
Günün 2-ci görüşündə isə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Bu matç həm də "Neftçi"nin baş məşqçisi Samir Abasovun "ağ-qaralar"a növbəti gəlişindən sonra sabiq komandasına qarşı ilk oyunu olub.
Beləliklə, "Sumqayıt" turnir cədvəlində 19 xalla 6-cı, "Neftçi" isə 13 xalla 8-ci yerdə qərarlaşıb.