“Qarabağ”ın ötən gün “Sumqayıt” üzərindəki qələbəsindən (5:0) sonra Ağdam təmsilçisinin 2 qoluna imza atan Musa Qurbanlı oyundan sonra Pressing.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə sualları cavablandırıb.
- Uzun müddət idi səni start heyətində görmürdük. Bu gün iki qol vurdun. Hisslərini necə ifadə edərdin?
- Bizim üçün sevindirici haldı ki, böyükhesablı qələbə qazandıq. Yaxşı oyun keçdi. Qələbə həmişə xoşdu. Uzun müddətdi 90 dəqiqə meydanda olmurdum. Ona görə yaxşı fürsət oldu. Fiziki formamı bərpa eləmək yolunda bir addım atmış oldum. Ona görə də bu qələbəyə görə xoşbəxtəm.
- Qolların davamını gətirə biləcəksənmi?
- Əlimdən gələni edəcəm. Hazırda çalışıram ki, məşqlərdə öz üzərimdə işləyim, formamın zirvəsinə çatım və inkişaf edim. İndi ancaq bu barədə düşünürəm. Sadəcə, istəyirəm ki, başımı aşağı salıb məşqimi edim.
- Qarşıdan qış fasiləsi gəlir, həm də Avropa Liqasında həlledici son iki oyununuz qalıb. Necə hazırlaşacaqsıız?
- Bizim üçün fərqi yoxdu - çempionat və ya Avropa Liqası. Əlbəttə, Avropadakı oyunlarımız azarkeşlərimiz üçün xüsusi yer tutur. Ona görə də çalışacağıq o oyunlara maksimum hazırlaşaq və azarkeşlərimizi sevindirək.