"Qarabağ"ın braziliyalı hücumçusu Juninyo Olavionun "Sevilya"ya transferi başa çatıb.
Keçidin bu həftə rəsmiləşməsi gözlənilir.
Sportliqa.az xəbər verir ki, Portuqaliyada ailəsi ilə birgə istirahətdə olan "sambaçı" İspaniyaya yollanaraq müqaviləyə qol çəkəcək.
28 yaşlı forvard daha sonra Bakıya qayıdaraq komanda ilə sağollaşıb, İspaniyaya yollanacaq.
Keçidin Ağdam təmsilçisinə 5 milyon avro qazandıracağı gözlənilir.
Futbolçu ilə 3,5 illik müqavilə şərtləri razılaşdırılıb.
O, "Sevilya"da “Qarabağ”dakı qazancından bir qədər çox məvacib alacaq - təxminən 850 min avro illik maaş.(pressing.az)