Azərbaycan millisinin üzvü "Qarabağ"dan İMTİNA EDİB
02 Yanvar 2025 14:55
"Qarabağ" Cənubi Koreyanın "Daejeon" klubunda çıxış edən millimizin üzvü Anton Krivotsyuku transfer etmək istəyib.
Lakin dekabr ayında aparılmış danışıqlar müsbət yekunlaşmayıb.
26 yaşlı müdafiəçi Ağdam klubuna keçmək istəməyib və indiki klubu ilə müqaviləsini uzadıb.
"Köhlən atlar" isə onun əvəzində hazırda "Sumqayıt" klubunda çıxış edən Elvin Bədəlova maraq göstərir.(pressing.az)