
Azərbaycanın çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət milli komandası Latviya açıq çempionatının əsas mərhələsində gümüş medal qazanıb.
Sportliqa.az xəbər verir ki, qrup və pley-off mərhələsindən ibarət olan yarışda yığma Məhəmməd Aslanlı – İbrahim Məmmədov cütlüyü ilə təmsil olunub.
Milli həlledici görüşdə ev sahiblərinə 1:2 hesabı ilə uduzaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Yarışda Azərbaycan və Litva hərəyə 1, Estoniya 2, Latviya 12 komanda ilə təmsil olunub.
Azərbaycan millisi Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması