
UEFA-nın İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.
Sportliqa.az xəbər verir ki, buna səbəb Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Olimpiakos"la matçda baş verən müxtəlif pozuntular olub.
Beləliklə, Ağdam təmsilçisi "komandanın intizamsız davranışına" görə 9 min avro cərimələyib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğfə cəzaya məruz qalıb.
Qeyd edək ki, sözügedən matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması