
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Qəbələdə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Moldova yığması ilə keçirilən yoxlama oyunları (0:0, 1:4) ilə bağlı AFFA.az saytına fikirlərini bildirib.
Sportliqa.az xəbər verir ki, o, bunları deyib:
“Moldova yığmasına qarşı iki fərqli oyun izlədik. İlk görüşdə heç-heçə etdik. İkinci qarşılaşmada isə bütün futbolçulara şans verməyə çalışdım. Heyəti tamamilə dəyişmişdik. Toplanış seleksiya xarakteri daşıyırdı. Növbəti toplanışlarda kimlərlə yolumuza davam etməli olduğumuzu dəqiqləşdirmək üçün hamıya şans verdik. Təbii ki, məğlubiyyətdə bu amil öz təsirini göstərdi. İyunda yenidən bir araya gələcəyik. Futbolçuları izləmək və seçim etmək üçün vaxtımız olacaq. Yaydakı toplanışda qarşıdakı seçmə mərhələ matçlarına hazırlaşacağıq”.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması