Valdas Dambrauskas: "Bizi nəyin gözlədiyini bilirəm"
“Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandasına qarşı oyunla bağlı fikirlərini bölüşüb.
Sportliqa.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
“Sabah “Levski” kimi böyük tarixə malik komanda ilə qarşılaşacağıq. Rəqib komandanın təqdimata ehtiyacı yoxdur. "Levski" ötən il yerli çempionatda ikinci yeri tutub. Bu mövsüm Avropa Liqasında "Braqa"ya məğlub olsa da, hər iki matçda yaxşı oyun keçirdi. Bizim kimi gənc komanda üçün bu cür rəqiblərə qarşı mübarizə aparmaq müsbət məqamdır. Sabahkı görüşə hazırıq. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Bizi sabahkı qarşılaşmada nəyin gözlədiyini bilirəm. Bu qarşılaşmaya ciddi hazırlaşmışıq”.
Qeyd edək ki, “Levski” – “Sabah” sabah Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.