“Sabah” klubunun futbolçusu Cesse Sekidika UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandasına qarşı oyunla bağlı fikirlərini bölüşüb.
Sportliqa.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
"Levski" haqqında ötən həftədən informasiya toplayırıq. Baş məşqçimiz də vurğuladığı kimi rəqib haqqında məlumatımız var. Çox böyük bir tarixə malik komandadır. Bu cür atmosferdə oynayacağım üçün xoşbəxtəm. Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik".
Qeyd edək ki, “Levski” – “Sabah” sabah Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.