Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda iştirak edib.
Sportliqa.az xəbər verir ki, o, “Eqnatiya”nın (Albaniya) heyətində “Olimpiya”ya (Sloveniya) 90 dəqiqə meydanda olub.
Səfərdə keçirilən qarşılaşmada Zamiqin komandası sərfəli nəticə əldə edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb.
Cavab görüşü avqustun 14-də Albaniyada keçiriləcək.