ABŞ-nin “Los Anceles” klubu “Tottenhem”dən ayrılan Son Hın Minin transferini rəsmiləşdirib.
Sportliqa.az xəbər verir ki, 33 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Müqavilənin müddətini əvvəlcə 2028-ci ilin sonuna, sonra isə 2029-cu ilin ortalarına qədər uzatmaq variantları var.
Hücumçu 2015-ci ildən “Tottenhem”də oynayırdı. O, klubla cəmi bir kubok – 2025-ci il Avropa Liqasını qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az