“Fənərbağça”dan ayrılan Duşan Tadiçin yeni klubu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, serbiyalı vinger karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Tadiç “Əl-Vahda” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Tadiç 2023-cü ilin yayından “Fənərbağça”da çıxış edirdi. Serbiya millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 13 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.