
"Liverpul"un futbolçusu Darvin Nunesin "Əl-Hilal"a keçidi rəsmiləşib.
Sportliqa.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 26 yaşlı hücumçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.
"Liverpul" bu transferə görə bonuslar da daxil olmaqla 65 milyon avro alacaq.
Qeyd edək ki, Nunes ötən mövsüm Premyer Liqada 30 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması