Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportliqa.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçına çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda "Şkendiya"nı qəbul edəcək. Görüşü niderlandlı tanınmış referi Denni Makkeli idarə edəcək. Şimali Makedoniyada keçirilən ilk görüşdə rəqibini 1:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi Avropanın 1 nömrəli klub turnirinin pley-off mərhələsinə çıxmaq üçün daha şanslı görünür.
Qeyd edək ki, “Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.