"Levski" "Sabah"la oyuna ciddi itkiylə çıxır
"Levski" (Bolqarıstan) UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin "Sabah"la cavab görüşünə ciddi itki ilə çıxacaq.
Sportliqa.az xəbər verir ki, Sofiya təmsilçisinin hücumçusu Mustafa Sanqare komandasına kömək edə bilməyəcək. 26 yaşlı futbolçunun ayaq əzələsində zədə var.
Qeyd edək ki, "Sabah" Sofiyada keçirilən ilk matçda "Levski"yə 0:1 hesabı ilə uduzub. Cavab oyunu avqustun 14-də Bakıda olacaq.