Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Sportliqa.az xəbər verir ki, yığmamız səfərdə Belçika ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
Azərbaycan millisi avqustun 16-da Avstriyanı qəbul edəcək. Komanda daha əvvəl evdə Belçikaya, səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.