"Sabah" "Levski" ilə cavab matçına çıxır
Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Sabah" da mərhələnin cavab matçına çıxacaq.
Valdas Dambrauskasın komandası Bakıda "Levski"ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
Komandalar arasında Bolqarıstanda keçirlən ilk görüşdə "Levski" 90+8-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu cütün qalibinin pley-off mərhələsindəki potensial rəqibləri “AZ Alkmar” (Niderland) və “Vaduts”dur (Lixtenşteyn).
14 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
20:00. “Sabah” (Azərbaycan) - “Levski” (Bolqarıstan)
İlk oyun - 0:1
Baş hakim: Nikolay Balakin (Ukrayna)
Masazır. "Bank Respublika Arena"