Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportliqa.az xəbər verir ki, "Samsunspor" Hüseyin Eroğlu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Hüseyin Eroğlu 2022-ci ilin sentyabr ayından "Samsunspor"un baş məşqçisi idi. "Ağ-qırmızılar" onun rəhbərliyi altında I Liqada çempion olaraq 13 sonra Super Liqaya qayıdıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az