2021-ci ilə "Beşiktaş"dan ayrıldıqdan sonra işsiz qalan Sərgən Yalçın "Samsunspor"un baş məşqçisi ola bilər.
Sportliqa.az xəbər verir ki, Qara dəniz təmsilçisinin prezidenti Yüksək Yıldırım mütəxəssislə danışıqlar aparıldığını təsdiq edib.
Super Liqaya uğursuz başlayan "Samsunspor" baş məşqçi Hüseyn Əroğlu ilə yollarını ayırıb.
Qeyd edək ki, Sərgən Yalçın yayda "Neftçi" ilə danışıqlar aparmaq üçün Bakıya gəlmişdi. Lakin tərəflər maliyyə tərəfdən anlaşmamışdılar.