Valdas Dambrauskas: "Bura gələn komandalar yüz faizini verməsələr..."
“Sabah” klubu Azərbaycan Premyer Liqasının 2-ci turunda bu gün “Şamaxı”nın qonağı olub.
[b]Pressing.az[/b] xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məçqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Sabah” ailəsini, xüsusilə, futbolçularımı, Bakıdan gələn azarkeşləri, rəhbərliyi təbrik etmək istəyirəm. Çox-çox çətin oyun oldu. Bildiyim qədər artıq dörd ilə idi ki, biz burada qalib gələ bilmirdik. Mənim üçün bu qələbə çox xoş oldu. Rəqib çox çətin idi. Onu demək istəyirəm ki, bura gələn komandalar yüz faizini verməsələr, istədikləri nəticəni əldə edə bilməyəcəklər. Çox yaxşı müdafiə olunurlar. İlk dəqiqədə fərqləndik. Biz bunu həftə ərzində məşq etmişdik. Və nəticəsini də gördük".