
Almaniyanın Hamburq şəhərində "Bild" mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Sportliqa.az xəbər verir ki, ilin ən yaxşı baş məşqçisi adına "Barselona"nın çalışdırıcısı Hans-Diter Flik layiq görülüb.
Ötən mövsüm Kataloniya təmsilçisi mütəxəssisin rəhbərliyi altında La Liqanı və İspaniya kubokunu qazanıb. Bu, "Barselona" tarixində 9-cu dəfə İspaniyada "qızıl dubl"u olub.
Qeyd edək ki, Flik ötən ilin yayından "Barselona"nın baş məşqçisidir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması