"Qarabağ"ın rəqibləri bu tarixdə BƏLLİ OLACAQ
Bu gün "Ferensvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.
Sportliqa.az xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü avqustun 28-də Monako şəhərində atılacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.
Liqa mərhələsində "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyundanlardan 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək.
Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.