"Fənərbağça"dan Çempionlar Liqasına vida - NƏTİCƏLƏR
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Sportliqa.az xəbər verir ki, cavab oyunları çərçivəsində bu gün son 4 görüş keçirilib.
“Qarabağ” Macarıstan “Ferentsvaroş”una evdə uduzsa da, mərhələ adlamağı bacarıb.
Türkiyədə qolsuz heç-heçə edən “Fənərbaxça” Portuqaliyada “Benfika” ilə qarşılaşıb. Türkiyə təmsilçisinin 16 mövsüm sonra Çempionlar Liqasının əsas mərhələsinə adlamaq arzusu yenə gerçəkləşməyib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan) 2:3
İlk oyun – 3:1
Benfika (Portuqaliya) – Fənərbaxça (Türkiyə) 1:0
İlk oyun – 0:0
Kopenhagen (Danimarka) – Bazel (İsveçrə) 2:0
İlk oyun – 1:1
Brügge (Belçika) – Reyncers (Şotlandiya) 6:0
İlk oyun – 3:1