UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, təmsilçimiz Şotlandiya çempionu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, təmsilçimiz ilk matçda “Sparta Belfast”a 9:1 hesabı ilə qalib gəlib. “Saltires” isə Avstriya çempionu “Ljuti Krajişniçi”ə 1:5 hesabı ilə yenilib.