
Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi 3-cü MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək.
Bu barədə Sportliqa.az-a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Komanda bu məqsədlə Tbilisi şəhərinə yola düşüb. Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.
Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.