Bu gün 2 boksçumuz rinqə çıxacaq
Bu gün İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı start götürür.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisi mundialda 10 kişi və 1 qadın boksçu ilə təmsil olunur.
Dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq.
Bu gün idmançılarımızdan 2 nəfər rinqə çıxacaq. 1/32 final mərhələsində Zaur Qəhrəmanov (65 kq.) Denis Brillə (Almaniya) üz-üzə gələcək. Ardınca isə Azərbaycanın yarışdakı digər təmsilçisi - Sərxan Əliyev (70 kq.) Karlos Flouerslə (ABŞ) üz-üzə gələcək.
1/32 final döyüşləri saat 14:00-da başlanacaq.
Digər boksçularımızın iştirakı ilə keçiriləcək döyüşlərin təqvimi isə belədir:
5 sentyabr
1/16 final
Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya)
Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)
Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)
Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)
Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)
6 sentyabr
1/16 final
Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi
7 sentyabr
1/16 final
Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)
Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi
8 sentyabr
1/8 final
Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçyus (Litva) cütünün qalibi