Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiyaya qarşı keçiriləcək sabahkı oyun haqda danışıb.
Sportliqa.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
“Bizi sabah ağır oyun gözləyir. Neçə gündür buradayıq, yaxşı hazırlaşmışıq. İnanırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, uğurlu nəticə qazana bilərik.
Millidə qol rekordunu yeniləmək barədə çox düşünmürəm. Daha çox milliyə necə xeyir verə biləcəyim haqqında fikirləşirəm. Komandada ab-hava, motivasiya çox böyükdür. Millidə oynamaqdan böyük motivasiya ola bilməz. Hamımız eyni düşüncə ilə meydana çıxacağıq. Sabah meydanda sözümüzü deməyə çalışacağıq".
Qeyd edək ki, sabah Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.