DÇ-2026 seçmə mərhələsində Argentina evdə Venesuelanı 3:0 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, matçda iki qol vuran Lionel Messi görüşdən sonra diqqətçəkən açıqlamalar verib.
38 yaşlı ulduz futbolçu 2026-cı il Dünya Çempionatının böyük ehtimalla onun son beynəlxalq turniri olacağını bildirib:
"Başqa bir Dünya Kubokunda oynayacağımı düşünmürəm. Amma hələ də ümid və həyəcanla irəliləyirəm. Gün-gün, oyun-oyun hisslərimlə hərəkət edirəm."
Messi, ölkəsində son rəsmi oyununa çıxdığını da vurğulayıb:
"Bu gün burada son dəfə xal üçün oynadım. Özümü yaxşı hiss etdikcə futbolun dadını çıxarıram. Xalqımla bu sevinci paylaşmaq mənim üçün böyük arzu idi. Barcelonada illərlə sevgi gördüm, amma bunu vətənimdə yaşamaq xüsusi idi."
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.