Azərbaycan yığması bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşacaq. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Bu qrupun digər oyununda isə Ukrayna Fransa iləı üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (9 sentyabr).
DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur
5 sentyabr
D qrupu
22:45. İslandiya - Azərbaycan
Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal