DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Sportliqa.az xəbər verir ki, L qrupunda yer alan Monteneqro millisi öz meydanında Çexiyanı qəbul edib.
“Qarabağ”dan Monteneqro yığmasına dəvət alan Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi 70-ci dəqiqədə “Yuventus”lu Vasilije Adziçlə əvəzlənib.
Monteneqro yığmasına dəvət alan “Neftçi”nin üzvü Ervin Kuç isə qarşılaşmanı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.
Görüş Çexiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.