Həftəsonu Mərakeşdə çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi baş tutacaq.
Sportliqa.az xəbər verir ki, Kasablanka çimərliyində baş tutacaq yarışda ölkəmizi 2 güləşçi təmsil edəcək.
Bu il sayca 3-cü dəfə keçiriləcək Dünya Seriyasının bu mərhələsində də əvvəlki kimi, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.
Sabah əvvəlcə ilkin mərhələdə mübarizə baş tutacaq və bütün qrup iştirakçıları müəyyənləşəcək. Daha sonra qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Bazar günü isə güləş həvəskarları qruplarda son qarşılaşmalara, ardınca pley-offa, ən sonda isə medallar uğrunda qarşılaşmalara şahidlik edəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.