Fransa Ukrayna üzərində qələbə qazandı
Dünya çempionatının seçmə mərhələsində Fransa millisi Ukrayna ilə qarşılaşıb.
Sportliqa.az-ın xəbər verir ki, Tarczynski Arenada keçirilən qarşılaşmada Fransa 2:0 hesabı ilə qalib gəlib. Qonaqların qollarını 10-cu dəqiqədə Maykl Olise və 82-ci dəqiqədə Kilian Mbappe vurub.
Bu nəticədən sonra Fransa qrupa 3 xalla başlayıb, Ukrayna isə xalsız qalıb.
Növbəti turda Fransa öz meydanında İslandiyanı qəbul edəcək, Ukrayna isə Azərbaycanla səfərdə qarşılaşacaq