Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, yığmamız Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Çatez” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Qeyd edək ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.