Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin F qrupunda ilk tur oyununda Portuqaliya səfərdə Ermənistanla qarşılaşıb.
Sportliqa.az xəbər verir ki, Vazgen Sargsyan Respublika Stadionunda keçirilən görüşdə Portuqaliya rəqibini 5:0 hesabı ilə məğlub edib.
Qolları Joao Feliks (10, 61-ci dəqiqələr), Kriştiano Ronaldo (21, 46) və Joao Kanselu (32) vurub.
Portuqaliyanın ulduz futbolçusu Kriştiano Ronaldo millidəki qol sayını 140-a çatdırıb.
Növbəti turda Ermənistan doğma meydanda İrlandiyanı qəbul edəcək, Portuqaliya isə Macarıstanla səfərdə üz-üzə gələcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.