AFFA Fernandu Santuşla yolları ayırıb
08 Sentyabr 2025 12:15
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
Sportliqa.az xəbər verir ki, AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.