U-21 millimiz Bolqarıstana qarşı Elnur Çodarovun rəhbərliyi ilə çıxacaq
Azərbaycan U-21 milli komandası sabah Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasını qəbul edəcək.
Sportliqa.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Ayxan Abbasov əsas milli komandanı Ukrayna ilə oyuna çıxaracağı üçün bu görüşdə U-21 yığmamıza onun köməkçisi Elnur Çodarov rəhbərlik edəcək.
Matç 9 sentyabr saat 18:00-da Dalğa Arenada keçiriləcək.