Qanalı futbolçu "Səbail"də
“Səbail” klubu 2025/2026-cı il mövsümü üçün növbəti transferini reallaşdırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü İsrailin “Hapoel Umm Al-Fahm” klubunda keçirmiş qanalı cinah yarımmüdafiəçisi Yakubu Mustafa heyətə cəlb edilib. 20 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
"Səbail" bu mövsüm 1-ci liqada çıxış edəcək. Komanda ilk oyununu sentyabrın 12-də evdə "Mingəçevir"ə qarşı keçirəcək.