Azərbaycan millisinin istefaya göndərdiyi baş məşqçisi Fernandu Santuşa AFFA tərəfindən ödənilən təzminatın məbləği bəlli olub.
Sportliqa.az-ın əldə etdiyi məlumata görə, AFFA portuqaliyalı mütəxəssisə 7,4 milyon manat təzminat ödəyərək yolları ayırıb.
Əlavə məlumat üçün bildirək ki, yığmamız Santuşun rəhbərliyi altında 11 matça çıxıb. Bu qarşılaşmalarda millimiz 9 məğlubiyyət alıb, 2 heç-heçə edib və qələbə qazana bilməyib.