“Şəki” klubu amerikalı basketbolçu transfer edib.
Bu barədə Sportliqa.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Ötən mövsüm “Naxçıvan” komandasında çıxış etmiş, bir çox ölkələrdə legioner təcrübəsi yaşamış amerikalı Devon Cenkinslə müqavilə imzalanıb.
2.01 metr boya malik 30 yaşlı hücumçu daha əvvəl Çili, Finlandiya, İslandiya, Kosovo, Şimali Makedoniya, Monteneqro, Serbiya və Slovakiya çempionatlarında oynayıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.