Formula 1 üzrə Azərbaycan qran-prisinin qalibi məlum olub.
Sportliqa.az xəbər verir ki, “Redd Bull” pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
Niderlandlı sürücü ikinci dəfə Bakıda qələbə sevinci yaşayıb. O, daha əvvəl 2022-ci ildə də Azərbaycan qran-prisində treki birinci pillədə başa vurub.
“Mercedes”dən Corc Rassell ikinci, Uilyams”dan Karlos Sayns üçüncü olub. Rassellin komanda yoldaşı Andre Kimi Antonelli dördüncü yeri tutub, “Reysinq Bulls”dan Liam Louson “beşliy”i tamamlayıb.