ABL hakimləri üçün yeni mövsümöncəsi son seminar keçirilib
20-21 sentyabr Bakı İdman Sarayında Azərbaycan Basketbol Liqasının (ABL) hakimləri üçün yeni mövsümöncəsi son seminar təşkil olunub.
Sportliqa.az xəbər verir ki, Azərbaycan Basketbol Hakimlər İttifaqının sədri və FİBA-nın milli təlimçisi Ələkbər Həsənovun rəhbərliyi ilə baş tutmuş seminarda 13 hakim iştirak edib. Seminar zamanı FİBA tərəfindən tətbiq olunan yeniliklər və oyunun əsas detalları hakimlərə izahlı şəkildə təqdim olunub. Seminarın sonunda hakimlər həm fiziki hazırlıq, həm də oyun qaydaları üzrə test imtahanlarından keçiblər.
Qeyd edək ki, seminarda Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz və “Neftçi” basketbol klubunun ukraynalı baş məşqçisi Vitaliy Stepanovski qonaq qismində iştirak edərək, seminarı yaxından izləyiblər