“Şəki” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisi ötən mövsümü “Abşeron”da keçirən Məhəmməd Sadıkovla anlaşıb.
Bununla da “Şəki” transfer çalışmalarını başa vurub. Ötən mövsüm Azərbaycan Basketbol Liqasını 3-cü sırada tamamlayan komanda daha əvvəl Rəşid Abbasov, türkiyəli Dorukhan Kuzu, serbiyalı David Çekiç, amerikalılar – Samir Styuart, Malek Deyvis, Tayland Krouford, Devon Cenkins və Kerard Riçardsonu heyətinə qatıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.